Accessibility links

Ukrayna müxalifətinin tələbləri rədd edilib


Ukraynanın müxalifət partiyalarından qanunvericilər tələbləri rədd edildikdən sonra parlamenti tərk ediblər. Bizim Ukrayna və Yuliya Timoşenko bloku baş nazir Viktor Yanukoviçin tərəfdarlarını köhnə korrupsiya praktikasını qaytardıqlarında günahlandırıb. Onlar hakim partiyanın yeni tələbləri qəbul etmədiyindən şikayətlənir. Qeyd edək ki, müxalifət partiyaları 17 tələb irəli sürüb. Bunlara konstitusiyada düzəlişlər, xarici siyasət kursunun dəyişdirilməsi, siyasi və iqtisadi sistemlərdə qüvvə bölgüsü daxildir.

XS
SM
MD
LG