Accessibility links

Polşa parlamenti İren Şindleri şərəfləndirən qanun qəbul edib


Polşa parlamenti Holokost zamanı 2500 yəhudini xilas etdiyinə görə 97 yaşlı Varşavalı qadını şərəfləndirib.

Bu gün polşalı senatorlar yəhudilərə yardım etdiyinə görə İrena Şindler və Polşa partizan şurasını şərəfləndirən qətnaməni yekdilliklə qəbul edib.

Prezident Lex Kaçinski senatorlara İren Şindlerin Nobel mükafatına layiq böyük bir qəhrəman olduğunu deyib.

Şindler 1943-cü ildə nasistlər tərəfindən həbs olunana qədər Varşava gettosundan yəhudi uşaqların çıxarılması ilə məşğul olan qrupa başçılıq edirdi.

XS
SM
MD
LG