Accessibility links

Avropa Birliyinin xarici siyasət idarəsinin başçısı Suriyada danışıqlar aparıb


Avropa Birliyinin Xarici siyasət idarəsinin başçısı Havier Solana Suriya rəsmilərilə Livanda siyasi vəziyyət daxil olmaqla, regional məsələləri müzakirə edib.

Havyer Solana bu gün Dəməşqdə Suriya prezidenti Bəşşar Əl Əsəd və ölkənin digər rəsmilərilə görüşüb. Dəməşqdən verilən xəbərlərə əsasən, cənab Solana Suriya rəsmilərinə deyib ki, Avropa Birliyi 1967-ci ildə İsrailin işğal edib və sonradan ərazisinə birləşdirilmiş Qolan yüksəkliklərinin Suriyaya qartarılmasını dəstəkləyir.
Cənab Solananın apardığı danışıqlar zamanı həmçinin Livanda və İraqda vəziyyət müzakirə edilib. Birləşmiş Ştatlar və onun müttəfiqləri Suriyanı Livanın daxili işlərinə müdaxilə etməkdə ittiham edir. BMT-nin təhqiqatı Suriya təhlükəsizlik orqanları rəsmilərinin 2005-ci ildə sabiq baş nazir Rafiq Həririnin qətlində əli olduğu haqda nəticə çıxarmışdır. Suriya bu ittihamı rədd edir.
ABŞ habelə Suriyanı əcnəbi yaraqlıların ölkə ərazisindən İraqa keçməsinə imkan yaratmaqda günahlandırır.
Havyer Solananın Dəməşqdə rəsmilərlə görüşü 2005-ci il fevral ayında Livanın sabiq Baş naziri Rafiq Həririnin qətlindən sonra Avropa Birliyi və Suriya arasında yüksək səviyyədə aparılan ilk danışıqlardır. Cənab Solana görüşdən öncə müxbirlərə deyib ki, Həririnin qətlində şübhəli bilinənlərin məhkəməsinin keçirilməsi üçün təklif olunan BMT tribunalı məsələsini müzakirə etməyi planlaşdırır.

XS
SM
MD
LG