Accessibility links

İrana qarşı sanksiya qətnaməsi təsdiq edildi


BMT-nin Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya İrana qarşı yeni sanksiyalarla bağlı qətnamə layihəsini tısdiq edib. Dünyanın 6 qüdrətini təmsil edən nümayəndələr hökumətlərin razılığını əldə etdikləri təqdirdə sənədi Təhlükəsizlik Şurasına təqdim edəcək. Qətnamənin sponsoru Britaniya, həm-sponsorları isə Çin, Amerika, Fransa, Rusiya və Almaniya olacaq. Yeni sanksiyalar paketi Təhlükəsizlik Şurasının 10 qeyri-daimi üzvü tərəfindən təsdiq edilməlidir. Təhlükəsizlik Şurası İranın tələblərə boyun əymədiyi təqdirdə yeni qeyri-hərbi sanksiyalar tətbiq edil bilər. İran prezidenti Mahmud Əhmədinejad isə deyib ki, ölkəsini nüvə texnologiyasının inkişafından heç bir qətnamə saxlaya bilməz.

XS
SM
MD
LG