Accessibility links

Prezident Buş İraqdan qoşunların geri çəkilməsini nəzərdə tutan qanuna veto qoyacağını bildirib


Prezident Buş bir daha bildirib ki, əgər Nümayəndələr Palatasında gələn həftə müzakirə ediləcək fövqəladə müharibə xərcləri qanunu İraqdan qoşunların geri çəkilməsi vaxtını təyin edərsə, o, bu sənədə veto qoyacaq.

Bu həftə ənənəvi radio müraciəti zamanı cənab Buş deyib ki, qanunun tərəfdarları bu sənəddən ABŞ ordu komandanlığının işinə qarışmaq və terrorla müharibəyə heç bir aidiyyatı olmayan daxili xərcləri artırmaq imkanı kimi istifadə edirlər.

O, Konqresdə müdafiə naziri Robert Geytsin gətirdiyi bir dəlili təkrar edərək, qoşunların geri çəkilməsi gününü müəyyənləşdirməklə düşmənə “nə qədər gözləməli olduqları” barədə mesajın verildiyini deyib.

Təklif olunduğu formada qəbul edilərsə, qanun layihəsi ABŞ qoşunlarının İraqdan 2008-ci ilin sentyabrınadək geri çəkilməsini ehtiva edir.

Demokratların cavabını səsləndirən senator Pətti Mürrey deyib ki, artıq müharibəni başa çatdırmaq vaxtı gəlib çatıb. O bildiib ki, iraqlılar irəli addım ataraq öz gələcəkləri üçün məsuliyəti üzərlərinə götürməlidirlər.

XS
SM
MD
LG