Avstraliyanın baş naziri Con Hovvard İraq və Əfqanıstana etdiyi gizli səfərlərindən vətəninə qayıdıb. Mühafizəkar lider ölkəsində Avstralaiyanın İraq müharibəsindəki missiyasına qarşı etirazlara baxmayaraq, Birləşmiş Ştatların başçılığı altında adı çəkilən hər iki ölkədə həyata keçirilən kampaniyalara dəstəyini davam etdirəcəyinə vəd verib.
Avstraliyanın baş naziri Hovvard vətəninə qayıtdıqda ciddi mübarizə ilə üzləşib. Belə ki, bu ilin axırında keçiriləcək ümumi seçkilərlə bağlı rəy soğrularında onun adı arxa sıralardadır. Sorğulardan məlum olub ki, o, rəqibi və müxalifətdəki Əmək Partiyasının yeni lideri Kevin Ruddan geridədir.
Avstraliyanın Yaxın Şərq siyasəti Əmək Partiyasına seçkilərdə qələbə çalmaq imkanı yarada bilər. Partiya seçkilərdə qələbə çaldığı təqdirdə İraqdakı 1500 əsgərdən ibarət Avstraliya qüvvələrinin vətənə qaytarılacağına vəd verir. Lakin o, Əfqanıstanın yenidənqurma işlərinə yardım göstərəcəyini bildirib. Bu həftə Cənab Hovvardın ölkəsinin hərbi qüvvəsinin İraqda bundan sonrada qalmasının vacibliyi barədə xalqına müraciət edəcəyi gözlənilir. O, Bağdada olarkən iraqlı həmkarı Nuri Əl Malikiyə deyib ki, ekstremistlər İraqa təhlükə törədənə qədər əsgərlərini orada saxlayacaq.