Accessibility links

Nino Burcanadze:"NATO-ya üzvlük Gürcüstanın sabitliyini təmin edəcək"


Hazırda Amerika Birləşmiş Ştatlrında səfərdə olan Gürcüstan parlamentinin spikeri Nino Buranadze ölkəsinin NATO-ya üzv olmaq və demokratiya quruculuğunu inkişaf etdirmək niyyətində olduğunu bildirib. Amerikanın səsinin gürcü və rus xidmətlərinə müsahibəsi zamanı xanım Burcanadze NATO-ya üzvlüyün Gürcüstanın sabitliyi və təhlükəsizliyini təminat altına alacağını deyib. O, hazırkı hökumətin beynəlxalq və Avropa standarlarına uyğun şəkildə demokratik təsisatların yaradılmasında gərgin iş apardığını deyib. O bildirib ki, Gürcüstan korrupsiya ilə mübarizə və vətəndaş cəmiyyətinin möhkəmləndirilməsində nailiyyət əldə edib.

XS
SM
MD
LG