New York Times qəzetinin yazdığına görə, Rusiya İrana uranın zənginləşdirilməsi proqramını dayandırdığı təqdirdə, inşası başa çatmaqda olan nüvə obyektini yanacaqla təmin etməyəcəyi barədə xəbərdarlğq verib. Avropa, İran və Rusiyanın adlarını açıqlamadığı rəsmilərinə istinadən qəzet bu ultimatumun keçən həftə Rusiyanın Milli Təhlükəslzik Şurasının rəhbəri İqor İvanov tərəfindən İranın nüvə müzakirəçisi Əli Laricaninin müavininə təqdim edildiyini yazır. Cari ayın əvvəlində Rusiya Tehranın nüvə yanacağı ilə təminatının gecikdirilməsini ödənişlərin gecikdirilməsi ilə izah etmişdi.