Accessibility links

Koalisiya qoşunlarının İraqda reydləri davam edir


Birləşmiş Ştatların hərbi qüvvələrinin bildirdiyinə görə, Amerika və İraq qüvvələri İraqda keçirilmiş müxtəlif reydlər zamanı 13 yaraqlını qətlə yetiriblər.

Əl-Ənbar vilayətindəki Əmiriyyə şəhəri yaxınlığında ABŞ və İraq hərbi qüvvələri və əl-Qaidə yaraqlıları arasında saatlarla sürən döyüş zamanı səkkiz yaraqlı öldürülüb.

Bağdaddan şimalda Taci şəhəri yaxınlığında isə koalisiya qüvələrinin beş terrorçunu qətlə yetirdiyi və üç nəfəri həbs etdiyi, bomba hazırlayan zavodu dağıtdığı bildirilir.

Bu arada, BBC şirkətinə müsahibə verən İraqın sünnü vitse-prezidenti tariq əl-Həşimi zorakılıqlara son qoymaq məqsədilə əl-Qaidə istisan edilməklə İraqdakı yaraqlı qruplarla danışıqlarla çağırıb.

XS
SM
MD
LG