Accessibility links

Müzakirəçilər danışıqların dayandırılması ilə bağlı narazılıqlarını bildiriblər


Şimali Koreyanın tərk-silah məsələsinin müzakirəçiləri danışıqların dayandırılması ilə bağlı narazılıqlarını bildiriblər. Xatırladaq ki, Şimali Koreyanın nüvə proqramı ilə bağlı danışıqlar o ölkənin müzakirədə iştirak etməyəcəyini bildirməsindən sonra təxirə salınmışdı.

Şimali Koreya Makau bankında dondurulmuş 25 milyon dollarlıq hesabının Pekinin Çin Bankına köçürüldüyündən əmin olmayınca, müzakirələr masası arxasına keçməyəcəyini bildirmişdir. Amerikanın dövlət katibinin müavini Kristofer Hill müzakirələrin yubadılmasına görə narazılığını bildirsə də, Şimali Koreyanın öhdəliklərinə sadiq qalacağına inandığını bildirib.

XS
SM
MD
LG