Accessibility links

İran Britaniya hərbi dənizçilərini həbs edib


Britaniyanın Müdafiə Nazirliyi bildirib ki, İran İraq sularında gündəlik əməliyyatlar həyat keçirən 15 Britaniya hərbi dənizçisini həbs edib.

Bu günkü bəyanatında nazirlik britaniya heyətinin Şətt əl Ərəb sularında ticarət gəmisində təftişi yenicə başa vurarkən mühasirəyə alındığını və İran gəmiləri tərəfindən İranın ərazi sularına aparıldığını bildirib.

Britaniya rəsmiləri indi məsələni Tehranla müzakirə etdiklərini, və İranın Londondakı səfirinə insidentlə bağlı nota verildiyini deyiblər.

Britaniyanın hərbi dəniz qüvvələrinin nümayəndəsi komandor Nik Lambert deyib ki, iki tərəf arasındakı məhdud təmaslar zamanı Tehran hərbçilərin onların əlində və sağ-salamat olduğunu bildirib.

Britaniyanın Müdafiə Nazirliyi bildirir ki, rəsmi London 15 dənizçinin dərhal və sağ salamat geri qaytarılmasını tələb edir. ABŞ dövlət Departamentinin sözçüsü Şon Makkormak Birləşmiş Ştatlar Britaniyanın tələblərini dəstəklədiyini deyib.

XS
SM
MD
LG