Accessibility links

Roma sazişinin 50 yaşı tamam olur


Bu gün İtaliyada Avropa İttifaqının yaranmasının 50-ci ildönümü qeyd edilib. İtaliya Senatında təşkil edilən mərasimdə ittifaqın rəhbəri Hose Manuel Barroso və digər nümayəndələrin çıxışlarına yer verilib. Roma sazişinin 50-ci ildönümü mərasimində Avropa İttifaqına üzv dövlətlərin nümayəndələri iştirak edib. Qeyd edək ki, 1957-ci ildə həmin bu sənədə əsasən Avropa İttifaqı təsis edilmişdi. O vaxt Frasna, Almaniya, İtaliya, Hollandiya, Belçika və Lüksemburq Avropanın ortaq bazarının əsasını qoymuşdu. İtaliyanın baş naziri Romano Prodi ittifaqın banilərinin məqsədi və onların gələcəkdə görəcəyi işlərdən danışıb. Baş nazir bildirib ki, məqsəd Avropanın genişləndirilməsi, qitənin birliyini təmin edilməsi idi. Onun dediyinə görə, bu gün Avropa sülh və demokratiyanın hökm sürdüyü bir bölgəyə çevrilib. Avropa İttifaqının rəhbəri Hose Manuel Barroso qurumun üzləşdiyi problemlərə toxunub. O deyib ki, bizim məqsədimiz gələcək 50 il üçün avropalıları ruhlandırmaqdır. Hose Manuel Barroso bildirib ki, Avropa İttifaqı 21-ci əsrin üzləşdiyi problemlərə ən yaxşı cavab olduğunu nümayiş etdirir. O, bu probemlərə qloballaşma, daimi artım, rəqabət, enerji mənbələri, iqlim dəyişikliyi və təhlükəsizlik kimi məsələrin daxil olduğunu deyib. Qeyd edək ki, bu həftə sonu hökumət və dölət başçılarının iştirakı ilə qurumun prezidentliyini icra edən Almaniyanın Berlin şəhərində Roma sazişinin 50-ci ildönümü münasibəti ilə sammit təşkil ediləcək.

XS
SM
MD
LG