Əfqan rəsmiləri bildirirlər ki, ölkənin cənub bölgəsinin iki məntəqəsində təhlükəsizlik qüvvələrilə Taliban döyüşçüləri arasında baş verən toqquşmaların nəticəsində iki polis zabit və 7 talib öldürülüb.
Urzugan vilayətinin polis rəisi general Məhəmməd Qasim deyib ki, Taliban döyüşçülərinin Tirin Kotun yaxınlığındakı polis nəzarət keçid məntəqəsinə etdikləri hücumlar nəticəsində azı iki polis zabiti həlak olub. Əməliyyatda 5 talib də öldürülüb. General Mayor Qasim əməliyyatda 4 polis zabiti və 10 talibin yaralandığını da bildirib.
Zabil vilayətində də Əfqan əsgərlərilə taliblər arasında atışmaların baş verildiyi bildirilir. Əfqan ordusunun Zabil vilayətindəki komandiri general Məhəmməd Asif bildirib ki, atışmalarda iki talib öldürlüb və 6 talib isə yaralanıb. Toqquşmalarda hökumətin hərbi qüvvəsinin əsgərlərinə xəsarət dəyməyib.