Accessibility links

Qırğızıstan prezidenti İctimai Televiziyanın yaranmasına razılıq verdi


Qırğızıstan prezidenti dövlət televiziyasının ictimai telekanala çevrilməsi ilə bağlı qanuna qoyduğu vetonu geri götürüb.

Prezident Kurmanbek Bakiyevin qərarı bu gün, vetonun qoyulmasından 7 aya yaxın vaxt keçdikdən sonra elan edilib.

Müxalifət prezident hakimiyyətinin məhdudlaşdırılması məqsədilə islahatların bir hissəsi kimi dövlət televiziyasının yenidən qurulmasını tələb edir.

Ötən il müxalifətin nümayişlərindən sonra prezidentin bir sıra səlahiyyətlərini parlamentə ötürən yeni konstitusiya qəbul edilmişdi.

XS
SM
MD
LG