Accessibility links

Ban Ki Mun ərəb sammitinin keçirilməsinə çağırır


BMT-nin Baş Katibi Ban Ki Mun İsrail və Fəslətin ərazisinə etdiyi iki günlük rəsmi səfərini başa çatdıran vaxt başlıca Ərəb dövlətləri daxil edilməklə Yaxın Şərq sülh dördlüyünün zirvə toplantısının çağırılmasını təklif edib.

BMT-nin Baş Katibi Ban Ki Mun İsrailin sol mərkəzçi qəzeti Haaretsə verdiyi müsahibəsində Yaxın Şərq sülh müzakirələri üzrə beynəlxalq dördlük -Birləşmiş Ştatlar, Avropa Birliyi , Rusiya və BMT Ərəb dördlüyünə daxil olan Səudiyyə Ərəbistanı, Misir, İordaniya və Birləşmiş Ərəb Əmirliklərini toplantıya dəvət edə bilər.

Cənab Mun İsrailin Baş Naziri Ehud Olmertlə birgə keçirdiyi mətbuat konfransında deyib ki, İsrailin rəsmilərilə keçirdiyi müzakirələrdə onları Fələstinin yeni birlik hökuməti barədəki mövqelərini dəyişdirməyə çağırıb.

Həmas İsrailin mövcudluq hüququnu tanımadığına görə, İsrail də Həmasın iştirak etdiyi yeni birlik hökumətini tanımaqdan imtina edir. İsrailin Baş Naziri Olmert deyib ki, əgər onu Ərəb dövlətəri daxil edilməklə Yaxın Şərq dördlüyünün toplantısına dəvət etsələr, o bu çağırışı məmnuniyyətlə qəbul edəcək.

Cənab Mun İsraildən Suriyaya, oradan da Ərəb dövlətləri Birliyinin zirvə toplantısında iştirak etmək üçün Səudiyyə Ərəbistanının paytaxtı Əl-Riyada gedəcək. Zirvə toplatısının iştirakçılarının 2002-ci ildə ilk dəfə təklif edilən sülh planını qəbul edəcəkləri gözlənilir.

Təklifə əsasən, İsrail 1967-ci ildə işğal etdiyi ərazilərdən çıxmalı və bunun müqabilində Ərəb dövlətləri də İsraili rəsmən tanımalıdır. İsrail bu planın bir çox bəndilə razılaşdığını bildirir.

XS
SM
MD
LG