Birləşmiş Ştatalrın dövlət katibi Kondolizza Raysın İsrail və Fələstində sülh danışıqlarının bərpası məqsədi ilə Yaxın Şərqə üç günlük səfəri başa çatdı. Dövlət katibi Qüdsdə təşkil edilən mətbuat konfransında deyib ki, İsrail və Fələstin liderləri hər iki həftədən bir görüşüb, təhlükəsilzik məsələlərini müzkirə edəcəklərinə razılıq veriblər. Xanım Rays İordaniyanın paytaxtı Amman da daxil edilməklə, İsrail və Fələstin ərazilərində prezident Mahmud Abbas və İsrailin baş naziri Ehud Olmertlə görüşlər keçirib.
Dövlət Katibi Kondolizza Rays liderlərin fələstinlilərin Qəzza Zolağından İsrailə qarşı raket atəşlərinin dayandırması və İsrailin işğalı altındakı İordan Çayının Qərb Sahilində fələstinlilərin hərəkətinin asanlaşdırılması məsələlərini müzakirə etdiklərini deyib.
Bütün bunlarla yanaşı, bu gün Qərb Sahilində İsrail əsgərləri tərəfindən iki fələstinli qətlə yetirilib.