Accessibility links

Toni Bleyr "Dənizçilərin azad edilməsi səyləri başqa forma ala bilər"


Böyük Britaniyanın baş naziri Toni Bleyr İranla diplomatiyanın baş tutumadığı təqdirdə, İran tərəfindən ələ keçirilən 15 britaniyalı dənizçinin azad edilməsi səylərinin başqa forma alacağını deyib. Cənab Bleyr GMTV-yə verdiyi müsahibəsi zamanı bunun nədən ibarət olacağı barədə məlumat verməyib. Lakin o deyib ki, mübahisənin diplomatik kanallar vasitəsi ilə həll ediləcəyinə ümid bəsləyir. Britaniyanın baş naziri Toni Bleyr bildirib ki, dənizçilərin saxlanmasına heç bir bəraət qazandırıla bilməz. Xatıladaq ki, İran 14 kişi və bir qadından ibarət dənizçi heyətini cümə günündən etibarən saxlayıb, sorğu-suala çəkir.

XS
SM
MD
LG