Accessibility links

Tal Aftardakı sünni məhəlləsinə hücum olub


İraq təhlükəsizlik rəsmilərinin bildirdiyinə görə, silahlı şəxslər Tal Afardakı sünnilərin çoxluq təşkil etdiyi məhəlləyə hücum edərək onlarla insanı qətlə yetirmişlər. Guman edlir ki, bu hücum dünən şiə məhəlləsində ölümlə nəticələnən hücumun cavabıdır. Xəstəxana rəsmiləri isə 50 nəfərdən çox cəsədin olduğunu deyirlər.

Xatırladaq ki, dünən şiə məhəlləsində maşına yerləşdirilmiş bombanın partlaması azı 60 nəfərin ölümünə, 100-dən çox insanın yaralanmasına səbəb olmuşdur. Qeyd edək ki, Tal Afarda şünnilər, şiələr və türkmənlər qarışıq yaşayır.

ABŞ hərbi rəsmiləri isə bildirirlər ki, bu gün intiharçı hücumu nəticəsində 15 nəfər ABŞ və İraq əsgəri yaralanıb.

XS
SM
MD
LG