Accessibility links

ABŞ prezidenti müxbirlərlə  şam yeməyində iştirak edib


ABŞ prezidenti Corc Buşun müxbirlərlə illik şam yeməyi zarafatlar və özü ilə bağlı məzəli söhbətlərlə keçib. Prezident deyib ki, hələ bir il əvvəl mənim populyarlığım 30 faiz idi. Mənim Ali Məhkəməyə namizəd göstərdiyim şəxs kənarlaşdırılıb, vitse-prezidentim bir şəxsi güllə ilə yaralayıb-deyə o bildirib. Prezident “nə yaxşı günlər idi” deyə keçmişi xatırlayıb. Corc Buş şam yeməyində vitse-prezidentin iştirak etməməsini belə izah edib. O deyib ki, Dik Çeyni üçün son həftələr ağır keçib. O özünü incik hiss etdiyi üçün Əfqanıstana tətilə gedib. Belə ki, Dik Çeyni əfqan xalqı tərəfindən sevilir. Prezident vitse-prezidentin Əfqanıstana səfəri zamanı onun əfqan rəsmiiləri ilə görüşdüyü yer yaxınlığında bomba partlayışına işarə edib. Prezidentliyə namizəd Barak Obamanın görüşdə olmamasını prezident kifayət qədər müxbirin iştirak etməməsi ilə izah edib. Qeyd edək ki, 63-cü ənnəvi şam yeməyində jurnalistlər, siyasətçilər, qonaqlar və yumoristlər iştirak ediblər.

XS
SM
MD
LG