Accessibility links

Ərəb ölkələri İsrailə sülh təklif edib


Səudiyyə Ərəbistanının paytaxdı Riyadda Ərəb Liqasının sammitində Ərəb ölkələri İsrailə “ərazi qarşılığında sülh” planını yenidən təklif ediblər. Birinci dəfə 2002-ci ildə təklif olunan plan İsrailin tanınması və bu ölkə ilə qonşuları arasında sülhə nail olunmasına gətirib çıxarda bilər.

İki gün davam edən sammit bu gün başa çatıb. Fələstin Prezidenti Mahmud Abbas təkliflə əlaqədar olaraq İsrailə xəbərdarlıq edib ki, İsrail- Fələstin münaqişəsinin həlli üçün digər bir fürsəti əldən verməsin. İsrailin baş naziri Ehud Olmert isə bildirib ki, plan bəzi dəyişikliklərlə İsraillə qonşuları arasında danışıqlar üçün əsas təşkil edə bilər. ABŞ dövlət departamenti Ərəb Liqasının planı yenidən təklif etmə addımını məmnunluq hissiylə qarşıladığını bildirib.

XS
SM
MD
LG