Accessibility links

Britaniya İrana qarşı təzyiqlərin davam etdiriləcəyini bildirib


Britaniya keçən cümə İranın hərbi qüvvələri tərəfindən həbs edilən 15 dənizçisini azad etməyənə qədər Tehrala bütün məsələlərdə ikitərəfli münasibətləri dondurduğunu bildirib. Britaniyanın xarici işlər naziri Marqaret Bekett bu gün ölkəsinin yeni siyasi kursunu parlamentdə çıxışı zamanı elan edərkən deyib ki, hökuməti İranla bütün ikitərəfli münasibətləri dondurur, İranla başqa sahələrdəki münasibətlərini nəzərdən keçirir və vəziyyəti diqqətlə izləyir. Xanım Beker ölkəsinin dənizçiləri azad etmək üçün İrana göstərdiyi təzyiqin davam etdiriləcəyini bildirib.

Marqaret Bekettin çıxışından öncə vitse admiral Çarls Stayl Britaniya dənizçiləri həbs olunarkən onların İranın ərazi sularında olmadığını və ticarət gəmisində təftişi başa çatdıran vaxt İranın hərbi gəmiləri tərəfindən ələ keçirildiyini sübut edən, peyk vasitəsilə çəkilmiş xəritə və başqa görüntüləri nümayiş etdirib. Vitse admiral deyib ki, İran Britaniya qayığını ələ keçirdiyi yer barədə iki fərqli koordinat göstərib. Dənizçilər tutulan vaxt 3 km-dən çox İraqın ərazi sularında olublar.

Baş nazir Toni Bleyer parlamentə deyib ki, Britaniya əsgərlərinin həbsinə bəraət qazandırmaq olmaz. Bu qəbuledilməz, səhv və qeyri qanuni bir işdir. İran isə bildirir ki, iki ölkə 15 Britaniya dənizçisinin azad edilməsilə bağlı meydana çıxan böhranı əməkdaşlıq yolu ilə həll edə bilər.

XS
SM
MD
LG