Accessibility links

Ehud Olmert: Ərəb Liqasının sülh planı danışıqlarda müsbət şərait yarada bilər


İsrailin baş naziri Ehud Olmert bildirib ki, Ərəb Liqasının irəli süldüyü sülh təklifi beş ildə sülhə nail olunmasını təmin edə bilər. İsrail baş naziri İsrail qəzetlərinə verdiyi müsahibələrində Ərəb Liqasının himayə etdiyi sülh planının danışıqlar üçün müsbət bir şərait yarada biləcəyini söyləyib. O deyib ki, ərəblərin İsrail haqqındakı təfəkküründə inqilabi dəyişikliklər baş verib və beş il ərzində əhatəli bir sülhə nail olunması üçün yaxşı imkan var. O, İsrailin Ərəb Liqasının təklif etdiyi sülh planının bəzi şərtlərini qəbul etməyə hazır olmadığını da açıq aydın qeyd edib.

Ərəb Liqasının təklif etdiyi plan İsrailin 1967-ci ilə qədərki sərhədlərinə qayıdacağı qarşılığında ərəb ölkələri ilə İsrail arasında münasibətlərin normallaşmasını nəzərdə tutur. Həmin plan 1948-ci ildə İsrailin yaranmasından sonra didərgin düşmüş Fələstinlilərin məsələsinin də ədalətli həllinə çağırır.

XS
SM
MD
LG