Şahidlərin verdiyi məlumata görə, Somali paytaxtında müvəqqəti hökumət və islamçı militantlar arasında baş verən döyüşlər əsnasında bir Efiopiya vertolyotu vurulub. Helikopter Moqadişuda qiyamçı istehkamını atəşə tutarkən vurulub. Qeyd edək ki, dünən Efiopiya qüvvələri İslamçılar əleyhinə böyük hücum əməliyyatına başlayıblar. Döyüşlər nəticəsində ən azı 30 adam həlak olub ki, onların çoxu mülki vətəndaşlardır.