Accessibility links

İran beynəlxalq hüququn pozulmadığını deyir


Britaniyanın xarici işlər naziri Margeret Becket iranın 15 dənizcini saxlamasıyla yaranmış problemin tezliklə və dinc yolla həll etmək istədiklərini deyib. Britaniya hərbi dənizçilərin harada saxlandıqları haqda məlumat və öz nümayəndələrinin onlarla görüşünə imkan verilməsini tələb edir.

Britaniya rəsmiləri hadisə ilə əlaqədar irandan aldıqları məktuba dünən cavab göndərdiklərini bildiriblər. Məktubların məzmunu haqqında məlumat verilməyib və onların böhran başlayandan bəri iki ölkə arasındakı əvvəlinci yazılı rabitə olduğuna inanılır.

İranın Rusiyadakı səfiri Gulamrza Ənsari dünən Rusiya televiziyasının Vesti proqramında etdiyi çıxışı zamanı, 15 nəfərdən ibarət Britaniya hərbi dənizçisinin İran tərəfindən nəzarət altına alınmasının beynəlxalq hüququn pozulması olmadığı barədə İran rəsmilərinin dediyini bir daha təkrar etmişdir. O, demişdir ki, İran Britaniya dənizçilərinin işi ilə əlaqədar qanuni təhqiqat aparacaq. İranın səfiri dənizçilərin mühakimə olunacağını və təqsirli olduqları barədə hökm çıxarıldığı təqdirdə cəzalandırılacaqlarını söyləyib.

Britaniyanın Xarici İşlər Nazirliyinin sözçüsü isə Londonun dənizçilərin hadisə zamanı İraqın ərazi sularında olduğunu təsdiq etdiyini və Britaniyanın öz mövqeyindən dönməyəcəyini bildirib.

Dünən Avropa Birliyinin xarici işlər nazirləri Almaniyada yığıncaq keçirdikdən sonra İranı təcili surətdə 15 Britaniya dənizçisini azad etməyə çağırıb.

XS
SM
MD
LG