Accessibility links

Prezident Buş vəsaitlər barədə qanun layihələrinə veto qoya bilər


Prezident Buş Nümayəndələr Palatası və Senatda İraqdakı ABŞ hərbçilərinin ölkəyə geri gətirilmələri barədə qəbul olunan qanun layihələrini tənqid edib.

Senatda bu həftə qəbul edilən qanun layihəsi icrası məcburi olmayan vaxt cədvəlini də əhatə edir. Nümayəndələr Palatasının keçən həftə qəbul etdiyi qanun layihəsinin şərtləri isə daha ağırdır və o İraqdan ABŞ hərbçilərinin geri çəkilməsi üçün icrası məcbur olan vaxt cədvəlini də əhatə edir.

Prezident Buş bu gün radiodan həftəlik müraciətində iki palatanın qəbul etdiyi qanun layihələrinin də əsassız vaxt cədvəli müəyyən etməklə ABŞ-ın İraqdakı hərbi komandirlərinin hərəkətini məhdudlaşıracağını deyib. ABŞ prezidenti bu təklifləri İraqda “təslim olma və geri çəkilmə” addımı adlandırıb. O qeyd edib ki, İraqdan geri çəkilmə barədə vaxt cədvəlini əhatə edən hər hansı bir qanun layihəsinə veto qoyacaq.

XS
SM
MD
LG