Şahidlərin dediyinə görə, bu gün Böyük Britaniyanın Tehrandakı səfirliyi qarşısında 200-ə yaxın tələbənin iştirakı ilə zorakı etiraz aksiyası keçirilib. Nümayişçilər binaya daş və fişənglərlə hücum ediblər. Xısarıt alanlar barədə məlumat verilmir. Bununla yanaşı İran Britaniya əsgərlərinin İranın İraqdakı konsulluğunun mühasirəyə alması və havaya atəş açması iddiaları ilə bağlı Böyük Britaniyanın Tehrandakı səfirliyinə şikayət məktubu ünvanlayıb. Britaniya ordusu bu ittihamları rədd edərək, cümə axşamı baş verən hadisəni əsgərlərin Bəsrə şəhərindəki yaraqlılara atəş açması ilə izah edib. Bildirildiyinə görə, əsgərlər konsulluq binasını mühasirəyə almayıb.