New York Times qəzetinin yazdığına görə, Amerika Pakistanın qəbilə ərazilərində Üsama Bin Ladenin başçılığı altında Əl-Qaidənin yeni nəslinin yarandığından xəbərdardır. ABŞ-ın kəşfiyyat rəmsilərinə istinad edən qəzet yazır ki, 2001-ci il sentyabrın 11 terror aksiyalarından sonra öldürülən və ya ələ keçirilən liderlər yeni liderlərlə əvəz edilir. Lakin rəmsilər yeni liderliyin Pakistanda Bin Ladenlə əlaqələri barədə çox az məlumata malik olunduğunu deyirlər.