Accessibility links

Ukraynada etiraz aksiyaları keçirilib


Ukraynanın baş naziri Viktor Yanukoviçin minlərlə tərəfdarı paytaxt Kiyevdə prezidentin parlamentin buraxılması və növbədənkənar seçkilər keçirilməsi qərarına etiraz olaraq aksiya keçirib.

Baş nazirin hakim kolaisiya ilə bir aydır davam edən hakimiyyət bölüşdürülməsi uğrunda mübarizə prezident Yuşenkonu may ayının 27-də seçkilər keçiriləcəyini elan etməsi ilə nəticələnib. Baş nazir Yanukoviç isə 450 yerli qanunvericilik orqanının Konstitusiya Məhkəməsinin prezidentin qərarının qanuniliyi ilə bağlı hökm çıxaranadək təcili sessiyasını davam etdirməyə çağırıb.

XS
SM
MD
LG