Accessibility links

Pakistanlılar Ali Məhkəmənin sədrinin vəzifəsinə bərpa edilməsini tələb edirlər 


Bu gün Pakistan paytaxtında prezident Pərviz Müşərrəfin Ali Məhkəmənin sədrinin vəzifəsinə bərpa etməsi tələbi ilə minlərlə hüquqşünas və fəal nümayiş keçirib. Nümayişçilər hakim İftixar Məhəmməd Çaudrinin vəzifəsindən sui-istifadə etməsi ittihamı ilə bağlı dinlərmərin üçüncü günü Ali Məhkəmə binası qarşısında toplaşıblar. Bir neçə saat davam edən dinləmələr aprel ayının 13-dək təxirə salınıb. Bundan əvvəl Pakistanın Lahor və Kəraçi şəhərlərində də etiraz aksiyaları təşkil edilmişdi.
XS
SM
MD
LG