Accessibility links

Ukrayna prezidenti qərarını dəyişməyəcəyini deyib


Ukrayna prezidenti Viktor Yuşçenko deyib ki, qanunveriçilərin etirazlarına və küçələrdəki kütləvi nümayişlərə baxmayaraq, parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi barədəki qərarını dəyişməyəcək. Prezident Yuşçenko bu planı Təhlükəsizlik Şurasının fövqəladə yığıncağında təsdiq edib və sərəncamını açıqlayaraq bildirib. O deyib ki, baş nazir Viktor Yanukoviç onu prezidentlik səlahiyyətindən kənarlaşdırmağa çalışır.

Baş nazir Yanukoviç hökuməti Konstitusiya Məhkəməsi prezidentin sərəncamının qanuna uyğun olub - olmaması barədə hökm çıxarana qədər prezidentin göstərişlərinə əhəmiyyət verməməyə çağırıb.

XS
SM
MD
LG