Accessibility links

Fransa vətəndaşlarının Taliban yaraqlıları tərəfindən oğurlandığı deyilir


Əfqanıstanın cənub-şərqindəki Nimruz vilayətinin valisi bildirib ki, itkin düşən iki Fransa yardım işçisi və onlarla bir yerdə işləyən üç Əfqanistan vətəndaşı Taliban yaraqlıları tərəfindən oğurlanıb. Valinin dediyinə görə, girov götürülən şəxslərin axtarışında 200 nəfərdən ibarət təhlükəsizlik işçisi iştirak edir.

Taliban yaraqlıları fransız və əfqan yardım işçilərinin çərşənbə axşamı Nimruzdan qonşuluqdakı Fərah vilayətinə getikləri zaman girov götürdüklərini bildiriblər. Fransalı girovlar “Uşaqların Dünyası” adlı Fransa Yardım Təşkilatının işçiləridir. Həmin qrup uşaqlar üçün təhsil proqramlarını həyata keçirir.

Əfqanıstan rəsmilərinin bildirdiklərinə görə, ölkənin cənubundakı Qəndəhar vilayətində dünən talibanların yol kənarına yerləşdirdikləri bombanın partlaması nəticəsində bir polis işçisi həlak olub, yeddi polis isə yaralanıb.

XS
SM
MD
LG