2005-ci ildə Londonun nəqliyyat sistemində intihar hücumları həyata keçirənlərə kömək etməkdə ittiham olunan üç nəfərin məhkəmə prosesi keçirilib. Bu gün Liids şəhərində Məhəmməd Şakilə, Sadir Səlimə və Vahid Əliyə qarşı 2005-ci il iyul ayının 7-də baş verən hücum üçün kəşfiyyat işləri aparmaq və hücumu planlaşdırmaqda əlləri olduqlarına görə rəsmi ittiham oxunub.
Nəqliyyatda beş verən hücumlar nəticəsində 52 sərnişin həlak olmuş, 700-dən çox adam isə yaralanmışdı. Prokurorların dediyinə görə, intiharçılarla müttəhimlər arasında əməkdaşlıq 2004-cü ilin noyabr ayında başlayıb.