Accessibility links

Divaniyədə toqquşmalar davam edir


İraq və Birləşmiş Ştatların hərbi qüvvələri Bağdadın cənubunda, əksəriyyəti şiə olan Divaniyə şəhərində iki gündən bəri yaraqlılara qarşı hərbi əməliyyatlar aparırlar. Birləşmiş Ştatların hərbi rəsmiləri bildirirlər ki, hərbi təyyarələr yaraqlıların raket və qumbara atdıqları yerləri bombardman ediblər.

Bu arada İranın Xəbərlər Agentliyi bildirib ki, Bağdadda iki ay girov saxlanılan və bu həftə azad edilən İran diplomatı girov saxlandığı vaxt Birləşmiş Ştatlar hərbi qüvvələri tərəfindən işgəncələrə məruz qaldığını deyib. Birləşmiş Ştatlar bu məlumatları təkzib edərək bildirib ki, İraqın Bağdadakı səfirliyinin ikinci katibi Cəlal Şərifinin oğurlanması işində əli olmayıb.

XS
SM
MD
LG