Accessibility links

İraq lideri Yaponiyaya minnətdarlığını bildirib


İraqın baş naziri Nuri Əl-Maliki Tokioya səfərinin ilk günü Yaponiyaya İraqda yenidənqurma səylərinə dəstək verdiyinə görə minnətdarlığını bildirib. Cənab Maliki bu gün bunu Yaponiyanın müdafiə naziri Fumio Kyuma ilə görüşündən əvvəl deyib. İraq lideri eləcə də Yaponiyanın imperatoru Akihito və imperatrisa Miçiko ilə görüşmüşdür.

Cənab Malikinin bu gün Yaponiyanın baş naziri Şinzo Abe ilə də görüşəcəyi gözlənilir. Nuri Əl Malikinin Yaponiyaya dörd günlük səfəri zamanı İraqın neft sənayesinin inkişafı üçün Yaponiydan 700 milyon dollarlıq borc barədə razılıq imzalanmalıdır.

XS
SM
MD
LG