Amerika Birləşmiş Ştatlarının prezidenti Corc Buş NATO-nun genişlənməsinə dair ABŞ-ın dəstəyini təsdiq edən qanun layihəsini imzalayıb. Sənədə əsasən Albaniya, Xorvatiya, Gürcüstan, Makedoniya və Ukrayna NATO-ya üzvlüyə namizəd kimi maddi yardım ala biləcək. Bu ölkələrin hərbi yardım fondları gələn ilin büdcəsinə daxil ediləcək. Lakin Ağ Ev bu vəsaitin məbləği barədə açıqlama verməyib.