Accessibility links

Beynəlxalq qurumlar İranın açıqlamasını tənqid edir


Amerika və BMT rəsmiləri İranın nüvə proqramını genişləndirməsinə dair açıqlamasını kəskin tənqid edib. Avropa İttifaqı İranın bu addımını yanlış istiqamətdə atılan addım kimi qiymətləndirib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə deyib ki, Moskvanın İranın iddiası ilə bağlı heç bir məlumatı yoxdur. Xatırladaq ki, dünən İranın nüvə müzakirəçisi Əli Laricani 3000-ə yaxın sentrafuqanın uran qazı ilə doldurulduğunu demişdi. Bu gün isə İranın Atom Enerjisi Təşkilatının rəhbəri Gulam Reza Ağazadə bildirib ki, İran Natanz nüvə obyektinə 50 000 sentrafuqa yerləşdirmək niyyətindədir.

XS
SM
MD
LG