İran ABŞ həbs etdiyi beş iranlını azadlığa buraxmasa, İraqın təhlükəsizliyinə dair konfransı boykot edə biləcəyinə işarə edib. İranın xarici işlər nazirinin müavini Abbas Araxçi sərt xətt tərəfdarı Keyhan qəzetinə müsahibəsində deyib ki, İran İraq hökumətinə konfransda iştirak etməyin çətin olduğunu çatdırıb. ABŞ hərbi qüvvələri beş iranlını yanvar ayında İraqın İrbil şəhərində həbs etmişdi. ABŞ onların İranın inqilabi qvardiyası ilə əlaqəsi olması və İraqda yaraqlıları silahla təchiz edib onlara təlim verməsindən şübhələndiyini bildirir.