Accessibility links

Şəkər xəstəliyinin müalicəsində inkişaflar var


Şəkər xəstəliyinin müalicəsində ümidverici inkişaflar nəzərə çarpmaqdadır. Belə ki, indi gövdə hüceyrələri ilə xəstəliyin müalicəsinə ümid yaranıb.

Braziliyada 15 yeni xəstə üzərində aparılan araşdırmalar zamanı onların öz qanlarından alınan gövdə hüceyrələri xəstələrə vurulub. Xəstələr 4 gün ərzində kimyaterapiyanın yüksək dozasını qəbul ediblər. Nəticədə onların immun sistemi tamamilə funksiyadan düşüb və beləliklə, bədənə yeridilən gövdə hüceyrələri asanlıqla qəbul edilib. Bu təbabət tarixində ilk belə eksperementdir ki,ondan sonra yalnız insulin deyil, ümumiyyətlə heç bir dərman preparatından istifadə edilmir. Müalicənin yan təsirləri ürək bulanması, qusma və saçların tökülməsi olub. Eksperement keçirənlərdən birində pnevmaniya qeydə alınıb. Lakin eksperement həmin bu 15 adamdan ikisinə heç bir təsir bağışlamayıb. Bu isə onu göstərir ki, tədqiqalar hələ mükəmməl deyil. Lakin daha dərin araşdırmaların bir gün bunu mümkün edəcəyinə dair ümidlər mövcuddur.

XS
SM
MD
LG