Accessibility links

Olmert və Abbas Fələstin dövlətinin gələcəyini müzakirə edəcək


İsralin baş naziri Ehud Olmert və fələstinlilərin prezidenti Mahmud Abbas Fələstin dövlətinin gələcəyi və digər məsələləri bazar günü keçiriləcək görüş zamanı müzakirə edəcəklər. Hökumətin söçzüsü Miri Eisin deyib ki, İsrail gələcək Fələstin dövlətinin hüquqi, iqtisadi və hökumət strukturlarını müzakirə etməyə hazırdır. Fələstinlilərin vasitəçisi Saeb Erekat bildirib ki, liderlər danışıqlar zamanı “siyasi üfüqlər”i müzakirəsinə yer verəcəklər. Bu, ABŞ Dövlət katibi Kondoliza Raysın regiona keçən ay səfərindən sonra cənab Olmert və cənab Abbas arasında hər iki həftədən bir keçirilməsi nəzərdə tutulan görüşlərin birincisi olacaq. İsrail rəsmiləri bildiriblər ki, cənab Olmertin təhlükəsizlik və humanitar məsələlər, habelə Həmasla əlaqəsi olan yaraqlı qrupun İsrail əsgərini hələ də saxlamağa davam etməsi məsələsini qaldıracağı gözlənilir.
XS
SM
MD
LG