Accessibility links

Pxenyan bank mübahisələri başa çatdıqdan sonra addım atacaq


Şimali Koreya nüvə fəaliyyətlərini dayandırmazdan əvvəl Makau bankında dondurulmuş hesablarının azad edildiyinin təqdiqini gözlədiyini bildirir. Şimali Koreyanın dövlət mətbuatında Xarici İşlər Nazirliyinə istinadən açıqlanan bəyanatda deyilir ki, Şimali Koreya fevral ayı razılığına əsasən silahsızlaşma öhdəliyinə sadiq qalacaq. Lakin Pxenyan bank mübahisələri başa çatdıqdan sonra addımlar atacağını elan edib. Fevral razılığında Şimali Koreyanın nüvə reaktorunun fəaliyyətinin dayandırılmasına şənbə gününədək möhlət qoyulub.

XS
SM
MD
LG