Accessibility links

ABŞ prezidenti Konqresi bir daha hərbi vəsaitlərlə bağlı qanunun təsdiqinə çağırıb


ABŞ prezidenti Corc Buş bir daha Konqres liderlərini İraq və Əfqanıstandakı Amerika qüvvələrinin qeyd-şərtsiz vəsaitlə təmin edilməsinə dair qanunun təsdiqinə çağırıb. Həftəlik radio müraciəti zamanı prezident deyib ki, Amerikanın hərbi liderləri İraq və Əfqanıstandakı əməliyyatlar üçün vəsaitlərdən istifadə etməyə hazırdır. Corc Buş Konqresin sənədi gecikdirməsinin birbaşa silahlı qüvvələrdə xidmət göstərənlərə təsir edəcəyini bildirib. Xatıraladaq ki, Senat və Nümayəndələr Palatasının təsdiq etdiyi hərbi fondlarla bağlı qanun layihələrində ABŞ qüvvələrinin İraqdan çıxaırlmasına vaxt qoyulb. Prezident isə bu kimi sənədlərə veto qoyacağını bildirir.

XS
SM
MD
LG