Accessibility links

BMT-nin qaçqınlar agentliyi İraqda humanitar vəziyyətə dair konfrans keçirməyə hazırlaşır


BMT-nin qaçqınlar agentliyi diqqəti İraqda humanitar böhrana cəlb etmək məqsədilə beynəlxalq konfrans keçirməyə hazırlaşır. Qaçqınlar agentliyinin mətbuat katibi Ron Redmond deyib ki, dörd milyon iraqlı yerlərindən didərgin düşüb və İraqın qonşularının qaçqınlara yardım göstərməsinə ehtiyac var. O əlavə edib ki, təhlükəsizlik səbəblərinə görə humanitar yardım işçilərinin İraqın özündə fəaliyyət göstərməsi mümkün deyil. Bununla belə, BMT-nin agentliyi bildirib ki, bu həftə dünyanın 60 ölkəsinin nümayəndəsinin iştirakı ilə keçiriləcək konftransda bu ölkələr öz üzərinə heç bir təəhhüd götürməyəcək. Agentliyin rəsmilərinin tövsiyəsi ondan ibarətdir ki, donor ölkələr İraq qaçqınlarına yardım göstərmək üçün İordaniya və Suriya ilə ikitərəfli yardım proqramları yaratmalıdır. Onların bildirdiyinə görə, hər ay 40-la 50 min arasında iraqlı öz yerlərindən didərgin düşür.
XS
SM
MD
LG