Accessibility links

Virciniya Texnoloji Universitetində atışma olub


Polis rəsmilərinin məlumatına görə, Vircinia ştatındakı universitetdə baş verən atışmalar nəticəsində ən azı 31 nəfər qətlə yetirilib. Virciniya Texnioloji Universitetinin polis zabiti ölənlərdən əlavə 21 nəfər yaralanan və onlardan bəzilərinin vəziyyətinin ciddi olduğunu bildirir. Ölən tələbələrdən bir çoxu sinif otağında güllələnmiş tələbələrdir. Hadisə zamanı hücumuçunun da öldürüldüyü xəbər verilir. Bir insident Uest Ambler Conson tələbə yataqxanasında, o biri isə Norris zalında baş verib. Virciniya Texnoloji Universitetinin prezidenti Çarlz Steger deyir ki, universitet misilsiz faciəyə tuş gəlib. ABŞ prezidenti Corc Buş atışma ilə bağlı dərin narahatlığını dilə gətirərək, öldürülənlərin ailə üzvlərinə başsağlığı verib.

XS
SM
MD
LG