Accessibility links

ABŞ prezidenti Sudanı sanksiyalarla hədələyib


Prezident Buş bildirib ki, Sudan Darfür regionuna sülh gətirilməsi səylərində əməkdaşlıq etməsə, bu ölkəyə qarşı daha ciddi sanksiyalar tətbiq edilə bilər. Cənab Buş bu açıqlamaları Darfürdə vəhşiliklərə həsr olunmuş ekspozisiyanın təşkil edildiyi Vaşinqtondakı Holokost xatirə muzeyində bu gün çıxışı zamanı verib.

Prezident Buş deyib ki, Sudan prezidenti Ömər əl-Bəşir zorakılıqlarda günahlandırılan ərəb yaraqlı qüvvələrinə dəstəyini dayandırmalı, eləcə də BMT və Afrika Birliyinin sülhümühafizə qüvvələrini regionda yerləşdirilməsinə imkan verməlidir.

O deyib ki, Sudan hökuməti əməkdaşlıq etməsə, ABŞ bu ölkəyə qarşı yeni iqtisadi sanksiyalar tətbiq edəcək və Sudan hərbi qüvvələrinin uçuşuna icazə verilməyən zonanın yaradılması haqda BMT Təhlükəsizlik Şurasına qətnamə layihəsi təqdim edəcək.

XS
SM
MD
LG