ABŞ prezidenti Corc Buşun Sudan hökumətinə qarşı yeni sanksiyalarının tətbiqinə Britaniya da qoşulub. Bu çağırışlara səbəb BMT-nin embleması ilə təyyarələrdən istifadə etməklə Sudan hökumətinin Darfur regionuna ağır silahlar və hərbi avadanlıq daşınması barədə BMT-nin hesabatı olub. Britaniyanın baş naziri Toni Bleyr deyib ki, sanksiyalar Sudan hökumətinin BMT-nin sülhməramlı qüvvələrinin regiona yerləşdirilməsindən imtina etdiyi təqdirdə tətbiq edilməldir.
Sudan bu həftənin əvvəllərində 3 000-ə yaxın BMT sülhməramlılarının regiona yerləşdirilməsinə razılıq verə biləcəyini elan etmişdi. Lakin Sudan hökumətinin əvvəlki vədlərini nəzərə alna ABŞ və BMT qüvvələrinin oraya yerlədşirilməsinədək bu vədlərə inanmadığını deyirlər.
Prezident Buş demişdi ki, Sudan prezidenti Ömər əl-Bəşir zorakılıqlarda günahlandırılan ərəb yaraqlı qüvvələrinə dəstəyini dayandırmalı, eləcə də BMT və Afrika Birliyinin sülhümühafizə qüvvələrini regionda yerləşdirilməsinə imkan verməlidir.