Accessibility links

Qatil NBC şirkətinə video-kaset göndərib


Virciniya Texnoloji Universitetində 32 adamın qatili, cənubi koreyalı Cho Seung-Hui birinci ilə ikinci hücum arasında NBC tele-şirkətinin Nyu Yorkdakı baş qərargahına əlində silah oynadan şəkillərini, zçngin uşaqlara qarşı hiddət və nifrət dolu qəzəbli çıxışı ilə video-kaset göndərib. O deyib ki, sizin bugünkü hadisəyə yol verməmək üçün yüz milyardlarla çıxış yolunuz var idi. Lakin siz mənim qanımın axıdılması qərarına gəldiniz. Siz məni divara qısnayıb, yeganə çecim qarşısında qoydunuz. Bu sizin qərarınızdır. Sizin qana bulanmış əlləriniz heç vaxt təmizlənməyəcək - deyə Hui video-kasetdə bildirib.

NBC şirkətinin aldığı bağlamada 18-nin əlində silah nümayiş etdirən 43 şəkil, 1800 sözdən ibarət, bəzən əlaqəsiz nitqli video-kaset olduğunu bildirir. Beləliklə hücumlar arasındakı iki saat ərzində hücumçunun nə ilə məşğul olduğuna aydınlıq gətirildi.

XS
SM
MD
LG