Accessibility links

Rusiya Kosovo ilə əlaqədar hər-hansı qərarın əleyhinə çıxacağını bildirib


Rusiya Serbiyanın Kosovo vilayətinə dair birtərəfli qaydada qəbul edilmiş hər- hansı bir layihənin əleyhinə çıxacağını bu gün bir daha bəyan edib. Xarici işlər naziri Sergey Lavrov deyib ki, Kosovonun müstəqilliyinin birtərəfli qaydada tanınması ilə bağlı hər hansı bir qərar Balkanlarda sabitliyə təhlükə törədə bilər. O, bütün tərəflər üçün məqbul ola biləcək həllin tapılması üçün Serbiya rəsmiləri və Kosovoda əksəriyyət təşkil edən etnik albanlar arasında daha çox danışıqlara bir daha səsləyib.

Sergey Lavrov bu açıqlamaları Serbiyanın prezidenti Boris Tadiçlə Belqradda danışıqlardan sonra verib. Serbiya lideri xəbərdarlıq edib ki, Kosovoya müstəqillik verilməsi dünyanın digər problemli regionları üçün presedent yarada bilər.

XS
SM
MD
LG