Accessibility links

Malatyadakı qətl işi üzrə 11 şübhəli həbs olunub


Türkiyə rəsmiləri xristian mətbəəsində 3 nəfərin qətli işi üzrə 11-ci şübhəlini həbs ediblər.

Türkiyə mediası bəzi şübhəlilərin hücumu İslamı qorumaq məqsədi ilə həyata keçirdiklərini dediyini yazır.

Almaniya vətəndaşı və xristianlığı qəbul etmiş iki türk Malatyadakı hücum zamanı qətlə yetirilmişdilər.

Onların cəsədləri stullara bağlı, boğazı kəsilmiş halda tapılıb. Qurbanlardan birinin bir neçə bıçaq yarası aldığı bildirilir.

Türkiyənin kiçik protestant icmasının nümayəndələri qətlin törədilməsinə ölkədə xristianlara və missionerlərə qarşı artan dözümsüzlüyün şərait yaratdığını deyib.

Katolik və Yunan pravoslav kilsələri hücumu pisləyib. Vatikanın dövlət katibi kardinal Tarsisio Bertone qətlin fanatik azlıq tərəfindən törədildiyini deyib.

Türkiyə prezidenti Əhməd Necdət Sezer hücuma heç bir bəraət qazandırmaq mümkün olmadığını deyib.

XS
SM
MD
LG