İranın nüvə enerji agentliyinin rəhbəri bildirib ki, ölkənin enerji emalı müəssisələri üçün kifayət edəcək qədər nüvə yanacağı istehsal etməsi üçün bir neçə il lazım olacaq.
İran dövlət mediası Qulam Rza Ağazadəyə istinadən yaydığı xəbərdə bildirir ki, uranın zənginləşdirilməsi üçün sentrifuqaların quraşdırılması davam edir. O, BMT nüvə müfəttişlərinin hər ay ölkəni ziyarət edərkən Tehrandakı Natanz nüvə zavodunda böyük dəyişikliklərin şahidi olacağını deyib.
Ağazadənin sözlərinə görə, iki nüvə müəssisəsi üçün yanacaq istehsalı məqsədilə 50 min sentrifuqaya ehtiyac var. İran rəsmiləri Natanzda 3 min sentrifuqanın fəaliyyətdə olduğunu deyib.
Avropa Birliyinin rəsmiləri gələn çərşənbə günü İttifaqın xarici siyasət idarəsinin rəisi Havyer Solananın İranın nüvə danışıqlarındakı baş nümayəndəsi Əli Laricani ilə görüşəcəyini bildirib. Görüşün harada baş tutacağı bildirilmir.