Accessibility links

Yuşşenko rəqiblərinə sövdələşmə təklif edir


Ukrayna prezidenti Viktor Yuşşenko rəqibləri müəyyən şərtlərlə razılaşarlarsa, parlamentin buraxılması barədə qərarın qüvvəsini dayandıra biləcəyini deyib.

Cənab Yuşşenko bir sıra qanunların, o cümlədən, parlamentin səlahiyyətlərini artıran qanunun dəyişilməsini tələb edib.

Bu gün Kiyevdə rəqibi, baş nazir Viktor Yanukoviçlə danışıqlardan sonra prezident Yuşşenko ölkədəki siyasi böhrana son qoyulması yolları barədə jurnalistlərlə danışıb.

Prezidentin parlamenti buraxmaq barədə qərarı Konstitusiya Məhkəməsi tərəfindən baxılmalıdır. Hər iki lider məhkəmənin qərarına hörmətlə yanaşacağını deyib. Hər iki liderin tərəfdarları məhkəmə qarşısında nümayiş edir.

XS
SM
MD
LG